YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Seçimimiz dəyişməzdir!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonunun Arzu qəsəbəsi, Qusarçay və Aşağı Zeyid kəndlərinin seçicilərilə görüş keçirilib. 

Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Nazim Ağayev, Abasyar Heydərov, Telman Museyibov, Ramin Əzizov və Yaşar Abbasov çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərinə fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan YAP namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə “Seçimimiz dəyişməzdir, yenə də Liderimiz İlham Əliyevə səs verəcəyik”,-deyə vurğulayıblar.