YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan parlaq gələcəyə inamla irəliləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şamaxı rayonunda ziyalı və ağsaqqallarla görüş keçirilib.

Görüşdə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, şəhid atası Sübhan Allahverdiyev, təşviqat qrupunun üzvləri İsaxan Vəliyev, Mayıl Alıcanov, Eybalı Ağayev, Ağarza Bayramov, Güllü Babaşova və şəhid atası Ceyhun Heydərov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan misilsiz uğurlardan bəhs edilib. Qeyd olunub ki, tarixi Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.