YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Zəfər seçkisi xalqımıza yeni nailiyyətlər qazandıracaq!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP İsmayıllı rayonunda seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, təşviqat qrupunun üzvləri Xuraman Qurbanova, Şəmsiyyə Rizayeva, Xavər Allahverdiyeva, şəhid atası Ağaəhməd Əhmədov çıxış edərək Prezident İlham Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən, həmçinin ölkədə, xüsusilə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən quruculuq-abadlıq işlərindən danışıblar. “Zəfər seçkisi xalqımıza yeni nailiyyətlər qazandıracaq!”,- deyə vurğulanıb.

Seçicilər səsvermə günü seçimlərinin Azərbaycanı dünyada güclü və qalib ölkə kimi tandan cənab İlham Əliyev olacağını bildiriblər.

Tədbirlər Yeni Azərbaycan partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.