YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Lənkəran rayonunda seçicilərlə növbəti görüş…

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də  Lənkəran rayonunun Rvo, Şovu, Qurumba, Bəlləbur, Lüvəsər, Şağlaküçə, Kərgəlan, Darquba, Osaküçə, Sinovli, Bəliton və Günəhir kənd sakinləri ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, təşviqat qrupunun üzvləri Emin Bağırov, Əlisəfa Bunyatzadə, Anar Kəkəyev, İldırım Şükürzadə, Mirzəhüseyn Miriyev, Bəxtiyar Hüseynov və Kamal Hüseynov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğu vurğulanıb. Qeyd olunub ki, cənab İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması fonunda yeni dövrün qarşıya qoyduğu mühüm hədəflər var. Bu hədəflərə yalnız qalib Lider İlham Əliyevin sayəsində çatmaq mümkündür.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.