YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tarixi Zəfər hər birimizin qürur mənbəyidir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də YAP Ucar rayon təşkilatının qərargahında şəhid ailələrinin üzvləri, müharibə veteranları, o cümlədən Rəstəcə və Gəraybəyli kəndlərinin seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, təşviqat qrupunun üzvləri Mirzalı Ağamalıyev, Rahib Rəsulov, Yusif Məmmədov və şəhid atası Əli Vəliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyevin siyasi iradəsi, diplomatik bacarığı və strategiyası nəticəsində Azərbaycan tarixi qələbə qazandı. Prezident İlham Əliyev xalqın inamını özünə qaytardı, onun ləyaqətini bərpa etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib.  

Natiqlər seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal olmağa və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək qalib xalqın qalib Lideri İlham Əliyevə səs verəcəklərini bildiriblər.