YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderə səs verəcəyik!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Şəki rayonunun Baltalı və Orta Zəyzid kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, təşviqat qrupunun üzvləri Anar Nağıyev, Tofiq Abdulxalıqov, Sədrəddin Bədiyev və Niymət Yusifov çıxış ediblər.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 30 illik həsrətin çəkdiyimiz torpaqlarımızı azad edərək xalqımızın ən böyük arzularını gerçəkləşdirib. Prezident seçkiləri ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə,  işğaldan azad edilmiş regionlar da daxil olmaqla, hər bir bölgədə keçiriləcək.

Qazanılan tarixi nailiyyətlər fonunda təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və hər bir azərbaycanlıya qələbə sevincini bəxş etmiş Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.