YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçicilər böyük ruh yüksəkliyi ilə seçkilərdə iştirak edəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Biləsuvar rayonunda yaşayan cəbrayıllı seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Görüşlərdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov və digərləri çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi Zəfərlər və uğurlar qazanıb. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu yüksəlib, dünyada strateji əhəmiyyəti artıb. Qeyd edilib ki, xalqımız  Zəfər sevincini yaşadan, üçrəngli bayrağımızı Şuşada, Xankəndidə və digər rayonlarda ucaldan, suverenliyimizi bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevlə fəxr edir, seçkilərdə qalib Lider kimi Onun namizədliyini dəstəkləyir.

Seçicilər də vurğulayıblar ki, fevralın 7-də mütəşəkkil formada öz səsvermə hüquqlarından istifadə edərək YAP-ın namizədi, qalib Lider İlham Əliyevə səs verəcəklər.