YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Göygöllülərin seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir”

Göygöl rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Göygöl rayonunun Yeni Qızılca, Topalhəsənli və Şəhriyar kəndlərində seçicilər ilə görüşlər keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşlərdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, təşviqat qrupunun üzvləri Azadxan Haqverdiyev, Ofelya Rəhimova  və Yeganə İsgəndərova çıxış ediblər. Çıxışlarda ölkəmizdə gedən dinamik inkişafdan danışıblar. Natiqlər cənab İlham Əliyevin prezident seçkilərində ən real namizəd olduğunu bildiriblər. Xüsusi vurğulanıb ki, Göygöl seçiciləri hər zaman Prezidentin siyasətini dəstəkləyib və fevralın 7-də bir daha bu dəstəyi ifadə edəcəklər.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Göygöl şəhərinin məhəllələrində seçicilərlə fərdi görüşlər də keçirilib.