YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Parlaq gələcəyə səs verəcəyik!"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Salyan rayonunda seçicilər ilə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, təşviqat qrupunun üzvləri Sahib Həsənov, Əzizağa Məmmədli, Adilə Əliyeva, Nübar Bayramova və Səidə Əliyeva çıxış ediblər.

Çıxışlarda prezidentlik fəaliyyəti dövründə İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bütün sahələrdə qazandığı uğurlardan danışılıb, Azərbaycanın bütün istiqamətlərində irəliləyişin əldə edildiyi vurğulanıb.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə, tərəqqiyə və parlaq gələcəyə səs verməyə dəvət ediblər.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.