YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələ rayonunda seçicilərlə görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Qəbələ şəhəri və rayonun Mamaylı kəndinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, təşviqat qrupunun üzvləri Tahir Hacıyev və Təmraz Mehdiyev çıxış ediblər. Çıxış edənlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə artıq öz seçimlərini etdiklərini və 7 fevral seçkilərində ən layiqli namizəd olan cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.