YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Nəzakət Teymurova: Yeni zəfərlərə, inkişafa və sabitliyə səs verəcəyik

“Mən incəsənət xadimi olmaqla bərabər, həm də keçmiş məcburi köçkünəm. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımız işğaldan azad edildi. Beləliklə, mənim ən böyük xəyallarım, ən böyük arzularım gerçəkləşdi”.

Bu fikirləri tanınmış xanəndə, Xalq artisti Nəzakət Teymurova bildirib.

N.Teymurova qarabağlıların, o cümlədən özünün və ailəsinin adından Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib: “Təbii ki, seçkilərdə bizim seçimimiz bəllidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə yenizZəfərlərə, inkişafa və sabitliyə səs verəcəyik. Mənim incəsənətdəki bütün uğurlarımı Ulu Öndər Heydər Əliyevin və Onun layiqli davamçısı, Prezident İlham Əliyevin dəstəyi ilə qazanmışam”.

Xalq artisti sənət adamlarının Prezident İlham Əliyevin onlara verdiyi böyük qiymət və dəyərdən ruhlanıb yeni əsərlər yaratdığını vurğulayıb: “Allahdan cənab İlham Əliyevə uzun ömür, cansağlığı, bu çətin və məsuliyyətli işində uğurlar arzu edirik. Əminəm ki, prezident seçkilərində xalqımız doğru seçim edəcək və fevralın 7-si hamılıqla Müzəffər Ali Baş Komandanımıza səs verəcəyik”.