YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Zəfərlərimizin davamlılığını qorumaq üçün qalib Liderə səs verək!

Ağcabədi rayonunun Qaravəlli və Gələbədin kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Ağcabədi rayonunun Qaravəlli və Gələbədin kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, təşviqat qrupunun üzvləri Radə Qafarova, Rövşən Bayramov və Nizami Abbasov çıxış ediblər. Natiqlər diqqətə çatdırıblar ki, seçicilər cənab İlham Əliyevə yenidən səs verməklə qələbə marafonunu davam etdirmiş olacaqlar.

Seçicilər son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.