YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Dünya miqyaslı siyasi Liderə səs verək!

Naxçıvan şəhərinin Yeni Naxçıvan yaşayış massivində yaşayan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Naxçıvan şəhərinin Yeni Naxçıvan yaşayış massivində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, təşviqat qrupunun üzvləri Aidə Allahverdiyeva və Ramil Orucəliyev çıxış ediblər. Natiqlər vətəndaşları prezident seçkilərində fəal olmağa çağırıblar.

Görüşdə çıxış edən seçicilər qarşıdakı seçkilərdə hamılıqla iştirak edərək, dünya miqyaslı siyasi Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.