YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gənclər Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşiblər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Kəngərli rayonunda gənclərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov, təşviqat qrupunun üzvləri Salman Quluzadə, Mirabdulla Seyidov və qazi Nicat Süleymanov çıxış ediblər.

Çıxışlarda  Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq yeni bir mərhələyə qədəm qoyduğu qeyd olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gənclərimizin Vətən müharibəsində böyük Zəfər qazandığı xüsusi vurğulanıb. Natiqlər ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini, eyni zamanda, Azərbaycanın güclü idman ölkəsi kimi tanındığını deyiblər.

Gənclər çıxışlarında fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycan xalqının ən layiqli namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.