YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gənclərin seçimi Müzəffər Liderdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Şabran şəhərində ilk dəfə səs verəcək seçicilərlə, o cümlədən gənclər və idmançılarla görüş keçirilib.

Görüşdə YAP Şabran rayon təşkilatının sədr müavini Cavani Babayev, təşviqat qrupunun üzvləri Təvəkkül Əliyev, Seymur Qədəşov və Aybəniz Kərimova çıxış ediblər.

Çıxışlarda gənc nəslin düzgün yetişdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasının Prezident İlham Əliyevin siyasətində önəmli yer tutduğu bildirilib, gənclərin inkişafına göstərilən hərtərəfli dəstəkdən söhbət açılıb. Həmçinin idmançıların dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunduğu diqqətə çatdırılıb.

Natiqlər gənc seçiciləri ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Seçicilər isə ilk dəfə istifadə edəcəkləri səsvermə hüququnu düzgün dəyərləndirərək cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.