YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Seçimimiz qalib Lider İlham Əliyevdir”

Cəlilabad rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Cəlilabad rayonunda şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları ilə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi  bir  dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Milli Məclisin deputatları – YAP Təftiş komissiyasında Elman Nəsirov və Malik Həsənov, şəhid ataları Arif Abdullayev, Həsənxan Qasımov, Yusif Kazımov, Mikayıl Səfərov, Vətən Müharibsəi iştirakçıları Məhərrəm Əliyev, Aqil Nəzərov və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Görüşdə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən son 20 ildə həyata keçirilən siyasətin uğurlarından, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasından  geniş bəhs edilib. Bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər.  

Qeyd edək ki, kampaniya çərçivəsində rayonun Cəngan kəndində də seçicilərlə görüş keçirilib.