YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Daha güclü Azərbaycan naminə!

Göyçayda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Göyçay rayon təşkilatının qərargahında, rayonun Mirzəhüseynli, Ərəbcəbirli  kəndlərində yaşayan  seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid atası Akif Kərimov, Vətən müharibəsi qazisi Samir Süleymanov, təşviqat qrupunun üzvləri Xəlil Orucov, Pərviz Yəhyalı çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2023-cü illər ölkəmizin çoxəsrlik tarixinə möhtəşəm 20 il kimi daxil olub. Qeyd olunub ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi iyirmi illik fəaliyyətinin zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi, qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

 Çıxış edən seçicilər də 7 fevral prezident seçkilərində birmənalı olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.