YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xəzər rayonunda növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində seçicilərlə görüş keçirilib.

Əvvəlcə  Dövlət Himni səsləndirilib, sonra “Qalib xalqın, qalib Lideri-Prezident İlham Əliyev” adlı videoçarx nümayiş olunub.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Veteranlar Şurasının üzvü Adilə Abbasova və təşviqat qrupunun üzvü Təvəkkül Səlimov  çıxış ediblər. Natiqlər seçicilərin 7 fevral tarixində dövlət və dövlətçiliyimiz üçün taleyüklü siyasi prosesdə fəal iştirak edəcəklərinə inandıqlarını bildirib və bütün seçiciləri ölkəmizin işıqlı sabahına səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər. 

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.