YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

20 illik liderliyin Zəfər zirvəsi!

Göygöl rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Göygöl rayonunun Firuzabad, Qızılqaya və Ağdağ qəsəbələrində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Azadxan Haqverdiyev və Dilarə Mövlayeva çıxış ediblər.  Natiqlər Prezident İlham Əliyevin siyasətinin uğurlarından bəhs edib, seçiciləri 7 fevral seçkilərində qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər yeganə seçimlərinin cənab İlham Əliyevin olacağını bəyan ediblər.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, Göygöl şəhərində məhəlli görüşlər keçirilib.