YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ağdaş rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Ağdaş rayonunun Pirəzə və Qülbəndə kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, təşviqat qrupunun üzvləri Azadə Kərimova, Aygün Mahmudova, Anar Şahmuradov və Toğrul Cəlilov çıxış ediblər. Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini qeyd edən natiqlər seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də bəyan ediblər ki, səsvermə günü xalqımıza Zəfər sevinci yaşadan qalib Lider İlham Əliyevə yekdilliklə səs verəcəklər.