YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Azərbaycan gəncliyi müzəffər Prezidentinə dəstək verəcək!

Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində ilk dəfə səs verəcək gənclərlə  növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatı Emin Hacıyev, təşviqat qrupunun üzvləri Təbrik Quliyev, Şirxan Səlimov, Sevinc Qasımova çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, bu gün Prezident İlham Əliyev gənclərin bütün arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Bu siyasət nəticəsində Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyəyə çatıb.

Təşviqat qrupunun üzvləri əminliklər qeyd ediblər ki, gənclərimiz bu uğurların davamı naminə prezident seçkilərində qalib Lider İlham Əliyevi seçəcəklər.

Çıxış edən gənc seçicilər də seçki prosesində fəal iştirak edəcəklərini və YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevi dəstəklədiklərini vurğulayıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.