YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Lider 20 illik dayanıqlı inkişafın müəllifidir

Siyəzən rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Siyəzən rayonunda ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, YAP Gənclər Birliyinin üzvü Ülviyyə Axundova, təşviqat qrupunun üzvü Nərmin Nəbiyeva çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətindən geniş bəhs edilib. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusi olaraq vurğulanıb ki, milli suverenliyini bərpa edən Azərbaycan Respublikası hazırda qalib Liderin rəhbərliyi altında özünün ən qüdrətli dövrünü yaşayır.

Natiqlər seçiciləri qarşıdan gələn 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər.