YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderə xalqın sevgisi sonsuzdur!

Sədərək rayonunun Heydərabad qəsəbəsində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Sədərək rayonunun Heydərabad qəsəbəsində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə təşviqat qrupunun üzvləri Həsən Rzayev, Əli Ağayev, Hüseyn Hüseynli və Vəzir İmamverdiyev çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizin qarşısında yeni hədəflər dayanır. Əminliklə ifadə olunub ki, Azərbaycan yeni dövrdə də yeni hədəflərə məhz  Prezident İlham Əliyevin Liderliyi ilə nail olacaq. Xalqa qələbə sevinci yaşadan qalib Liderə milyonların sevgisi sonsuzdur.

Natiqlər seçiciləri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.