YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Qalib Liderimizə səs vermək davamlı inkişafı dəstəkləməkdir"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Samux rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, YAP Təftiş Komissiyası, Milli Məclisin deputatı Naqif Həmzəyev, təşviqat qrupunun üzvləri Mirzəmməd Orucov, Namiq Cəfərov, Gəray Bayramov, Mehman Əliyev, Məhəbbət Həsənova və İlahə Qurbanova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan xalqı­nı və cəmiyyətini arzularına qovuşdurur. Onun liderliyi ilə ötən 20 ildə tarix, indiki və gələcək nəsillər qarşısında misilsiz xidmət­lərə imza atılıb. Sosial-iqtisadi inkişaf, təhsil, mədəniyyət, ümumən dövlət həyatının bütün sahələrində parlaq nailiyyətlər əldə olunub. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb, söz sahibinə çevrilib.

Natiqlər seçiciləri 7 fevralda keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə bildiriblər ki, qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını dəstəkləyəcəklər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.