YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib xalqın seçimi!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Şərur rayonunun Muğancıq Müslüm, Muğancıq Mehrab, Məmmədsabir, İbadulla və Qışlaqabbas kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə Naxçıvan MR Ali Məclisinin deputatı Turan Həsənova, təşviqat qrupunun üzvləri Əhməd Əliyev, Həsən Cəfərov, Tacir Rəcəbov, Adil Əhmədov, Tahir Əliyev, Musa Şirəliyev və Asəf Babayev çıxış ediblər. Bildirilib ki, ötən 20 il ərzində Azərbaycan dünyanın siyasi, iqtisadi, humanitar dialoq, tolerantlıq mərkəzlərindən birinə çevrilib və 30 il davam edən işğala son qoyulub. Bütün bunların birmənalı müəllifi isə Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. 

Çıxış edənlər seçiciləri Zəfər seçkisi adlandırdığımız bu kampaniyada bayram abu-havası ilə iştirak etməyə və qələbələrin müəllifi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək qalib xalqın qalib Lideri İlham Əliyevə səs vercəklərini bəyan ediblər.