YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı açıqlamasına münasibət bildirib

ABŞ Dövlət Departamentinin regionda baş verən bir sıra narahatlıq doğuran halları, o cümlədən dinc nümayişçilərin qəddarcasına döyülməsi və həbsləri kimi kobud insan hüquqları pozuntularını görməzliyə vuraraq konkret cinayət tərkibi daşıyan hər bir halı siyasiləşdirməklə Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdən “dərin narahatlığı” ikili standartların növbəti bariz nümunəsidir.

Bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycan ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

H.Hacıyev deyib ki, demokratik dövlət olan Azərbaycanda qanunun aliliyi tam şəkildə təmin edilib və heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Məhkəmənin qərarı olmadan hər hansı cinayət tərkibli hala münasibətdə bu cür qərəzli mülahizələr onun işinə yersiz və uğursuz müdaxilədən başqa bir şey deyil.

Qəribədir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi şəkildə pozulması ABŞ Dövlət Departamentinin “dərin narahatlığı” sırasında heç vaxt yer almır.

Mətbuat katibi qeyd edib ki, ABŞ-ın İnsan Hüquqları üzrə Universal Bəyannamədən irəli gələn və beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə məhəl qoymayaraq bütün ölkəni bürümüş polis zorakılığı və sistematik irqi ayrı-seçkilik halları, Quantanamo həbsxanasındakı mühakiməsiz uzunmüddətli həbs və işgəncələr, ölkə daxilində və hətta ən yaxın müttəfiqlərinə qarşı qlobal səviyyədə aparılan gizli dinləmə əməliyyatları, digər ölkələrin suverenliyini pozaraq pilotsuz uçan aparatları ilə həyata keçirilən mühakiməsiz qətllər və digər bu qəbildən olan çoxsaylı problemlərin fonunda özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi yalnız və yalnız istehza doğurur.

 

DİGƏR Xəbərlər Arxiv