YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Belarus arasında əlaqələr bütün sahələrdə inkişaf edir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Belarus arasındakı münasibətlərin inkişafında hər iki ölkənin liderlərinin xüsusi rolu qeyd olunub. Azərbaycan və Belarus xalqlarının iradəsi əsasında iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Nikolay Patskeviç son 10 ildə Azərbaycanda yüksək inkişafın şahidi olduğunu bildirərək, birinci Avropa Oyunlarının mükəmməl səviyyədə təşkil edildiyini söyləyib. Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycan ilə Belarus arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrə görə N.Patskeviçə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar diləyib.