YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə Mərakeş Krallığının milli bayramı – Taxt-tac günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deylir: “Əminəm ki, ortaq mənəvi dəyərlərə malik xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Mərakeş münasibətləri bundan sonra da qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edərək əməkdaşlığımız üçün möhkəm zəmin olacaqdır.

Bu əlamətdar gündə Sizə cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.”