YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderlə zəfərdən-zəfərə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində YAP Şəmkir rayon təşkilatında şəhid ailələri ziyarət olunub.

Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatı Nurlan Həsənov, təşviqat qrupunun üzvləri Famil Həmidov, Müsahib Zeynalov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev 20 illik fəaliyyəti dövründə dövlət, xalq üçün misilsiz işlər görüb. Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, bütün sahələrdə əsl intibahın yaşandığı bir dövlətə çevrilib.

Natiqlər seçiləri prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.