YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Balakən rayonunda növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da  Balakən rayonunun Meşəşambul kəndində seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədr müavini Qurban Qaraisayev, təşviqat qrupunun üzvləri Osman Əliyev, Fuad Mikayılov və digərləri çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, zamanın bütün sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın  Qalib Lideri” şüarı  ilə gedir.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədi, qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.