YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalq inkişaf və sabitliyə səs verəcək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də  Şərur rayonunun Muğanlı, Qorçulu və Yengicə kənd seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, şəhid atası Əli İsmayılov, Naxçıvan MR Ali Məclisinin deputatı İsmayıl Qəribli, partiya veteranları Musa Şirəliyev, Musa Quliyev, təşviqat qrupunun üzvləri Leyla Abbasova, Tahir Əliyev, Asəf Babayev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirib: “Vətən müharibəsi və 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Qarşıda isə həlli vacib olan yeni hədəflər var. Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir”.

Seçicilər artıq seçimlərini etdiklərini və fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.