YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Daha uğurlu gələcəyə doğru!”

2024 – cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Saatlı rayonunun Qara Nuru kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, təşviqat qrupunun üzvləri Elşən Əzizov və Vüsalə Həsrətova, şəhid atası Əflatun Qaziyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan ildən-ilə güclənir. Natiqlər uğurlarımızın davamı naminə seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər  qalib Lider İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

DİGƏR Xəbərlər Arxiv