YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərin seçimi İlham Əliyevdir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də YAP Naxçıvan şəhər təşkilatının qərargahında ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli bildirib ki, cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi öz şərəfli adını Azərbaycanın çoxəsrlik siyasi və hərb tarixinə qızıl hərflərlə yazdırıb. E.Cəfərli Vətən müharibəsinin əsas hərəkət qüvvəsinin gənclər olduğunu deyib, tarixi missiyanı həyata keçirən qəhrəman Vətən övladlarının göstərdiyi misilsiz xidmətlərdən danışıblar.

Natiqlər əminlik ifadə ediblər ki, gənc seçicilər öz yekdil mövqelərini ifadə edərək, qarşıdakı seçkilərdə də Azərbaycanın dövlət müstəqilliyinin ən böyük təminatçısı olan dövrümüzün nəhəng siyasi və dövlət xadimi İlham Əliyevin ətrafında sıx birləşib, ölkəmizin parlaq gələcəyinə səs verəcəklər.   

DİGƏR Xəbərlər Arxiv