YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Neftçala seçiciləri Qarabağın xilaskarına səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Neftçala rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Fərhad Baxışov, Bədirə Niftalıyeva, Könül Məmmədova və şəhid atası Baloğlan Ağamalıyev çıxış ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin fəaliyyətinin əsasını Qarabağ məsələsinin həlli təşkil edib. Müzəffər Ali Baş Komandan kimi tarixi missiyasını uğurla başa vuran cənab İlham Əliyev xalqımıza qalib xalq titulu bəxş edib. Dövlət başçısının uğurlu siyasəti sayəsində artıq azad Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır.

Çıxış edən seçicilər tarixi qələbəmizin memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bildiriblər.