YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dayanıqlı inkişaf

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Qəbələ rayonunun Bum qəsəbəsində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, təşviqat qrupunun üzvləri Qalib Nəbiyev və Tahir Hacıyev çıxış ediblər.

Çıxış edənlər Azərbaycan dövlətinin son 20 ildə qazandığı nailiyyətlərdən bəhs edib, prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildiriblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi nailiyyətlər qazanıb, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ləyaqətlə davam edib və müstəqil Azərbaycan beynəlxalq müstəvidə özünəməxsus yer tutub.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Laza kəndində də seçicilərlə görüş keçirilib.