YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağıq!

Biləsuvarda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Biləsuvar rayonunun Dərvişli, Aşağı Cürəli kəndlərində seçicilərlə və “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq şəhid ailələri ilə görüş keçirilib.

Görüşdən əvvəl kənd mərkəzlərində şəhidlərin xatirə kompleksləri ziyarət olunub.

Görüşlərdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid anası Ayna Tağıyeva, şəhid atası İlqar Astanov, təşviqat qrupunun üzvləri Akif Kazımov, Şakir Soltanov və Aqşin Qasımov çıxış ediblər. Dövlətimizin qazandığı Zəfərlə regionda yeni reallıqların yarandığını deyən natiqlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını diqqətə çatdırıblar.

Təşviqat qrupunun üzvləri hər bir seçicini prezident seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan sİlham Əliyevə səs  verəcəklərini qeyd ediblər.