YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderlə uğurlu gələcəyə doğru!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağsu rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev,  təşviqat qrupunun üzvləri Elnur Fərzəlizadə, Günay İnayətova, İslam Bəhrəmov və Tahir Xası çıxış ediblər. Natiqlər çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış Qələbə və 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri ilə suverenliyimizin tam şəkildə bərpa edildiyini vurğulayıblar. Qeyd ediblər ki, aparılan bərpa və quruculuq işləri ilə işğaldan azad olunmuş ərazilərimiz yenidən canlanır.

Natiqlər seçiciləri 7 fevral tarixində keçiriləcək Zəfər seçkisində Yeni Azərbaycan Partiyasının namizədi, Qalib Xalqın Qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək bizə Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.