YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq-Lider birliyi Azərbaycana yeni qələbələr bəxş edəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Səbail rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, təşviqat qrupunun üzvləri Səyyarə İbadullayeva, Zaur Məmmədov, Təranə Kərimova, Turan Kərimli və Altay Babaşov çıxış ediblər.

Müzəffər Ali Baş Komandanın siyasəti nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüzün tam bərpa olunmasından sonra keçiriləcək Zəfər seçkisinin əhəmiyyətindən danışan natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. "Xalq-Lider birliyi Azərbaycana yeni qələbələr bəxş edəcək",- deyə vurğulanıb.

Seçicilər də bildiriblər ki, onların seçimləri dəyişilməzdir və 7 fevralda yekdilliklə seçki məntəqələrinə gedərək Zəfərimizin memarı cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.