YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər seçkisi Xalq-Lider birliyinin qələbəsinin növbəti nümayişi olacaq!

Bərdə rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Bərdə rayonunun Yeni Əyricə, Mirzalıbəyli, Kərimbəyli kəndlərinin və Əliyanlı kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya, Milli Məclisin deputatı Fatma Yıldırım, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Birinci Qarabağ müharibəsi iştirakçısı Gəray Əsədov çıxış ediblər. Çıxışlarda müstəqil Azərbaycanın tarixində Qarabağla bütövləşmiş respublikamızın bütün ərazisində bu seçkilərin bir ilk olaraq keçiriləcəyinə diqqət çəkilib. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir. Azərbaycanın “Zəfər seçkisi” Qalib Liderimiz İlham Əliyevin xalqla birliyinin möhtəşəm Qələbəsinin və təntənəsinin növbəti nümayişi olacaq! 

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və xalqımızı qalib xalq, dövlətimizi qalib dövlət edən qalib Lider, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşlər zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Görüşdən sonra  təşviqat qrupunun üzvləri 97 yaşlı Zərifə Şirinovanı ziyarət edib, təşviqat işi evlərdə davam etdirilib.