YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər sevincini yaşadan qalib Lider!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Ağstafa rayonunun Pirili və Xılxına kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Alı Mehdiyev, Azər Məmmədov, Həcər Namazova, Şəfəq Heydərli, Elmar Kərimov, Asif Qənbərov, Canpolad Yusifov, İmran Nəsibov və Şəfəq Cəlilova çıxış ediblər.

Natiqlər ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bütün sahələrdə nailiyyətlər əldə etdiyini bildirib, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin memarının da məhz Ali Baş Komandan İlham Əliyev olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir.

Natiqlər seçiciləri Zəfər seçkisi kimi dəyərləndirilən prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər 7 fevral prezident seçkilərində fəal iştirak edəcəklərini, xalqımıza Zəfər sevincini yaşadan qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.