YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın yanında olan Liderə səs verəcəyik!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Şərur rayonunun Dərkənd, Qarahəsənli və Ərəbyengicə kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, Milli Məclisin deputatı Cəbi Quliyev, Naxçıvan Ali Məclisinin deputatları İsmayıl Qəribli, Nüsrət Həsənov, Turan Həsənova, Günel Vəliyeva, təşviqat qrupunun üzvləri Sabir Şahtaxtı, Bəhruz İbrahimov, Ələkbər Süleymanov, Cahandur Məhərrəmov, Gülxar Hüseynova, Əhməd Əliyev, Tacir Rəcəbov, Adil Əhmədov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu gün xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyinə böyük ümidlə baxır, işıqlı gələcəyə doğru inamla addımlayır.

Ötən 20 ildə müxtəlif sahələrdə qazanılan uğurlara nəzər saldıqda İlham Əliyevin Prezident vəzifəsində xalqın ona etimadını layiqincə doğrultduğuna bir daha əmin oluruq.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də hər zaman xalqın yanında olan, ölkəsinin uğurları üçün daim çalışan qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.