YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Milli dövlətçilik modeli uğurla tətbiq edilir

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Naxçıvan şəhərində seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, təşviqat qrupunun üzvləri Yusif Hüseynov, Arif Ağalarov və Nazim Bayramov çıxış ediblər. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil milli dövlətçilik modelini bütün istiqamətlər və parametrlər üzrə uğurla davam etdirib. Son 20 ildə ölkəmizdə ÜDM 3,6 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 3,2 dəfə, kənd təsərrüfatı məhsulu 2,1 dəfə, informasiya və rabitə xidmətləri 20,7 dəfə, pərakəndə ticarət dövriyyəsi 4,4 dəfə artıb. Bunun nəticəsində dövlət büdcəsinin gəlirləri 29,1 dəfə, əhalinin real gəlirləri 3,3 dəfə, orta aylıq əməkhaqqı 2,9 dəfə artıb. Bütün bunlara isə Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi və milli həmrəyliyi qorumaqla nail olunub.

Seçicilər cənab İlham Əliyevi xalqımızın Lideri kimi gördüklərini bildiriblər. Onlar seçkilərdə mütəşəkkil iştirak edərək dünya miqyaslı siyasi və dövlət xadimi, beynəlxalq münasibətlər sisteminin mahir bilicisi, bütün dünya azərbaycanlılarının Lideri İlham Əliyevə səs verəcəklərini ifadə ediblər.