YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

"Müzəffər Liderimizlə qazandığımız Qələbə heç vaxt unudulmayacaq!"

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, partiyanın Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, İbrahim Kazımbəyli, Lalə Azərtaş və Sübhan Talıblı çıxış ediblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz erməni təcavüzkarlarını torpaqlarımızdan qovaraq ölkəmizin ərazi bütövlüyünü tam bərpa edib. Bu, xalqımızın tarixi, heç vaxt unudulmayacaq Qələbəsi, ədalətin təntənəsidir.

Natiqlər Prezident İlham Əliyevin Azərbaycanı uğurlu gələcəyə aparan, dövlətimizi və xalqımızı dünyada yüksək səviyyədə təmsil edən Lider olduğunu bildirib, seçiciləri qalib ölkənin qalib Liderinə səs verməyə çağırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.