YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafalılar zəfər dolu gələcəyə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Heydər Əliyev Mərkəzində seçicilərlə, Vurğun, Poylu qəsəbələrində və Köçəsgər, Eynallı, Poylu kəndlərində şəhid ailələri, sakinlərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşlərdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Milli Məclisin deputatı Nizami Cəfərov, təşviqat qrupunun üzvləri Cümşüd Musayev, Sahib Salıfov, Ləman Cəlilova, Məmməd Məmmədov, Xuraman Əzimova, Vüsalə Salahova, İmran Nəsibov, Şəfəq Heydərli, Yeganə Əhmədova çıxış ediblər.

 Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  qazanılmış tarixi Zəfəri ilə yeni reallıqlar yaradan Azərbaycan həm regionda, həm də dünya siyasətində yeniliklərə yol açır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə güclü, qüdrətli, qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin edilən ölkənin vətəndaşı olduğu üçün xoşbəxtdir.

Natiqlər seçiciləri dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Seçicilər 7 fevral prezident seçkilərində fəal iştirak edəcəklərini, müstəqil Azərbaycanın firavanlığı naminə yenilməz Liderimiz İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, kampaniya çərçivəsində seçicilərlə fərdi görüşlər də keçirilib.