YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda seçicilərlə növbəti görüşlər...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Ağdaş rayonunun Türyançay qəsəbəsi və Qəsil kəndində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatu Cavid Osmanov, təşviqat qrupunun üzvləri Aygün Mahmudova, Vəsilə Məmmədova və Qalib Həsənov çıxış ediblər.

Görüşlərdə qeyd edilib ki, son 20 ildə müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük inkişaf yolu keçib, regionda ən güclü dövlətə, beynəlxalq aləmdə isə yüksək nüfuz sahibinə çevrilib. 30 il işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilib və xalqımızın ləyaqəti bərpa edilib. Vurğulanıb ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ölkəmizdə yeni mərhələnin başlanğıcı olacaq və Azərbaycan bundan sonra da davamlı olaraq inkişaf edəcək.

Natiqlər seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşlərdə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna bundan sonra da sadiq qalacaqlarını vurğulayan seçicilər 7 fevralda cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.