YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Daim irəliyə gedəcək, yeni zirvələr fəth edəcəyik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Horadiz şəhərində qadınlar, gənclər, o cümlədən idmançılarla görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, təşviqat qrupunun üzvləri Roza Mirzə, şəhid anası Tamella Məmmədova çıxış ediblər.

Çıxışlarda qeyd edilib ki, ölkəmizə möhtəşəm zəfər qazandıran və onu zirvələrə çatdıran qalib Lider İlham Əliyevə Azərbaycan xalqının etimadı sonsuzdur. Azərbaycan xalqı Prezident İlham Əliyevi dəstəkləyir və öz Liderinə bir daha qəti inamını ifadə edəcək. “Daim irəliyə gedəcək, yeni zirvələr fəth edəcəyik”,- deyə vurğulanıb.

Seçicilər çıxış edərək  xalqa ləyaqətlə xidmət edən Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.