YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Afaq Bəşirqızı: Xalqın rifahı və gələcəyi naminə İlham Əliyevi dəstəkləyirik

“Fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu seçkilərdə xalqımızı fəal olmağa çağırıram”.

Bu fikirləri tanınmış aktrisa, “Şöhrət” ordenli Xalq artisti Afaq Bəşirqızı bildirib.

A.Bəşirqızı prezident seçkilərində torpaqlarımızı düşmən tapdağından qurtaran, şəhidlərimizin intiqamını alan Müzəffər Ali Baş Komdandan İlham Əliyevə səs verəcəyini vurğulayıb: “Azərbaycan dövlətinin bütövlüyünə, xalqımızın birlik və həmrəyliyinə, ordumuzun qüdrətinə xor baxan düşmənlərə layiqli cavab verən uzaqgörən siyasətçi, qalib Lider İlham Əliyevə səs verəcəm. Xalqımızın rifahı və gələcəyi naminə böyük layihələrə imza atan müdrik şəxsiyyət İlham Əliyevi dəstəkləyirik”.