YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın etimadını qazanan, vədinə sadiq Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qaradağ rayonunda seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, “91-lər”dən Allahverdi Hacıyev,  partiya fəalları Mehriban Hacıyeva, Gül Qədirli, Birinci Qarabağ müharibəsi qaziləri  Qafqaz Əhmədov və Mehbalı Novruzov, Vətən müharibəsi qazisi Asif Qasımov, şəhid atası Namiq Kəlbiyev çıxış ediblər.

Çıxışlarda fevralın 7-də keçiriləcək prezident seçkilərinin zəruriliyindən, cənab İlham Əliyevin müasir Azərbaycanın inkişafı istiqamətində atılan addımlardan, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə torpaqlarımızın işğaldan azad olunmasından, antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunmasından, Xankəndində, Xocalıda, Xocavənddə üçrəngli Azərbaycan bayrağının yüksəldilməsindən və digər möhtəşəm nailiyyətlərdən bəhs olunub. Diqqətə çatdırılıb ki, cənab İlham Əliyev xalqın etimadını qazanan, vədinə sadiq Liderdir.

Natiqlər seçiciləri ölkəmizin xoşbəxt gələcəyi, daha qüdrətli Azərbaycan naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.