YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azad Şükürov: Bizə qələbələr bəxş edən Liderə səs verək

“Biz fevralın 7-də yüksək səviyyəli bir millət olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirməli, hamımız bir nəfər kimi prezident seçkilərində fəal iştirak etməliyik”.

Bu fikirləri Əməkdar artist, bədii qiraət ustası Azad Şükürov bildirib.

A.Şükürov qeyd edib ki, hər kəs ürəyinin səsinə qulaq asmalı, öz əqidəsinə uyğun gələn namizədə səs verməlidir: “Bir mədəniyyət xadimi, pedaqoq olaraq insanlara müraciət etmək istəyirəm. Bizə qələbələr bəxş edən, 30 il ərzində məhrum olduğumuz ana torpağa, doğma yurda, doğulduğumuz kəndə-kəsəyə getmək, valideynlərimizin məzarını ziyarət etmək imkanını bizə yaradan müdrik şəxsiyyətə, Ali Baş Komandan İlham Əliyevə səs verək!”.