YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Qalib Liderimizin ətrafında sıx birləşmişik!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Kəngərli rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, təşviqat qrupunun üzvləri Salman Quluzadə, Vəli Əsədov və Mirabdulla Seyidov çıxış ediblər.

Çıxışlarda Azərbaycanın son 20 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı nailiyyətlərdən geniş bəhs edilib. Qeyd olunub ki, Zəfər qazanmış qüdrətli Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir.

Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyü bərpa olunan Azərbaycanın inkişafının daha da sürətlənəcəyini, yeni-yeni uğurlara imza atılacağını əminliklə qeyd ediblər.

Seçicilər də xalqa qələbə sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini və Azərbaycanın parlaq gələcəyinə səs verəcəklərini deyiblər.